Vkontakte     Facebook     Twitter

«AZƏRBAYCAN» RİT TR AMMM-nın milli məsələlərlə bağlı keçirtdiyi toplantıda Azərbaycandan gələn alimlər də iştirak etdilər

«AZƏRBAYCAN» RİT TR AMMM-nın
milli məsələlərlə bağlı keçirtdiyi toplantıda
Azərbaycandan gələn alimlər də iştirak etdilər
20 noyabr 2013

TR AMMM-nin toplantisi 19 noyabr

Az-kaz-ın verdiyi məlumata görə, noyabrın 19-da «AZƏRBAYCAN» Regional İctimai Təşkilatı Tatarıstan Respublikası Azərbaycan milli-mədəni muxtariyyatı Dostluq evində milli məsələlərlə bağlı Kazanda yaşayan azərbaycanlılarla toplantı keçirmişdir.
Toplantıda xoş təsadüfdən Kazan Federal Universitetində noyabrın 21-23-də keçiriləcək «Mirzə Kazım bəy irsi: tarix və müasirlik» konfransına Azərbaycandan dəvət olunmuş qonaqlar, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, publisist, kinorejissor və dramaturq Əmir Pəhləvan və iqtisad elmləri namizədi Namiq Muradov da iştirak etdilər.
Muxtariyyatın sədri Sübhan Əhədzadə toplantı iştirakçılarına, eləcə də qonaqlara yola saldığımız 11 ayda görülən ən önəmli işlər haqqında qısa məlumat verdikdən sonra son vaxtlar Rusiyada cərəyan edən milli məsələr barədə danışdı. Sədr Moskvanın Biryulevo rayonunda məişət zəminində törədilmiş cinayətdə təqsirli sayılan Orxan Zeynalovun azərbaycanlı olması ilə bağlı Rusiya KİV-nin və digər güc orqanlarının həmyerlilərimiz haqqında necə neqativ xəbərlər yayımlamalarını xatırladaraq azərbaycanlıları bütün məsələlərdə təmkinli - emosional hərəkətlərdən uzaq olmağa çağırdı.
Sonra Bakıdan gələn alimlər çıxış etdilər. İqtisad elmləri namizədi Namiq Muradov iştirakçıları salamladıqdan və həmkarlarını təqdim etdikdən sonra Kazana gəlişlərinin səbəbini belə açıqladı: «...Noyabrın 21-23-də Kazan Federal Universitetində keçiriləcək «Mirzə Kazım bəy irsi: tarix və müasirlik» beynəlxalq konfransında iştirak edəcəyik. Qeyd edim ki, Mirzə Kazım bəyə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib...».
Xatırladaq ki, Namiq Muradov uzun illər Rusiyanın Yoşkar-Ola dövlət Universitetində müəllimlik etmiş, eyni vaxtda həmin şəhərdə dərc edilən «Vətən» qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Namiq müəllim çıxışının sonunda milli-mədəni muxtariyyata Azərbaycandan gətirdiyi xalça hədiyyə etdi.
Publisist, kinorejissor və dramaturq Əmir Pəhləvan da çıxışında bənzərsiz filimləri haqqında məlumat verdi. Kazanda olduğu günlərdə «Qarabağ şikəstəsi» filminin təqdimatının keçirilməsini təklif etdi. Əmir Pəhləvan «Təbrizim-Türk izim» kitabını və müəllifi olduğu filmlərin DVD çarxlarını Muxtariyyata hədiyyə etdi.
Xatırladaq ki, Əmir Pəvləvanın bənzərsiz filimləri («Fransız», «Qarabağ şikəstəsi», «Spasibo», «Qız qalası», «Bakı nefti və Nobellər», «Avtoritet», «Göyçay yəhudiləri», «Doqquzuncu oğuz-uyğurlar», «Kurqanlar», «Hunqariya») Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda sevilə-sevilə baxılır. Bu filmlər beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir: «Spasibo» Hollivud sənədli filmlər festivalında mükafata layiq görülməklə Los-Ancelesin 18 telekanalında yayımlanmışdır; «Bakı nefti və Nobellər» adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən «Üç qitə» kinofestivalında 2 medal almışdır. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.
İxtisas etibarilə jurnalist olan Əmir Pəhləvanın kitabları tək ölkəmizdə deyil, Türkiyə, Avropa və Amerikada da çap olunub («Neft taleli Nobel», «İsa, Məryəm və Sona», «Kəngərlilər», «O ay bir də doğmayacaq», «Qalxın, Cavid gəlir», «Məcid kişi»).
Ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı çıxışının əvvəlində Azərbaycan milli mədəni muxtariyyatına 2010-ci ildə nəşr edilən povest və hekayələrdən ibarət olan «Heçlik vadisi» kitabını hədiyyə etdi. Professor çıxışında bugünkü azərbaycan diasporundan, milli-mənəvi dəyərlərimizdən - zəngin mədəniyyətimizin, ana dilimizin qorunmasının əhəmiyyətindən danışdı.
Sonda yaxın günlərdə «Qarabağ şikəstəsi» filminin təqdimatının təşkil olunacağı qərara alındı.
Toplantının sonunda dini işlər üzrə «AZƏRBAYCAN» RİT TR AMMM İdarə Heyətinin üzvü Hacı Ramil Xəlilov qonaqları, eləcə də bütün toplantı iştirakçılarını 20 noyabrda İmam Hüseynin (ə) şəhid olmasının 7-ci günü ilə bağlı «Mərcani» məscidində azərbaycanlı möminlərin təşkil etdikləri ehsan mərasiminə dəvət etdi.

Vasif Abdullayev

TR AMMM-nin toplantisi 19 noyabr 01

 

TR AMMM-nin toplantisi 19 noyabr 02

TR AMMM-nin toplantisi 19 noyabr 03

TR AMMM-nin toplantisi 19 noyabr 04

TR AMMM-nin toplantisi 19 noyabr 05

TR AMMM-nin toplantisi 19 noyabr 06

TR AMMM-nin toplantisi 19 noyabr 07

TR AMMM-nin toplantisi 19 noyabr 08

TR AMMM-nin toplantisi 19 noyabr 09

TR AMMM-nin toplantisi 19 noyabr 10

 

ПечатьE-mail