Vkontakte     Facebook     Twitter

Martın 22-də Kazanda Novruz bayramı keçiriləcək

Martın 22-də Kazanda Novruz bayramı keçiriləcək
18 mart 2014

Martın 22-də Kazanda Novruz bayramı keçiriləcək
«Azərbaycan» Regional İctimai Təşkilatı Tatarıstan Respublikası Azərbaycan milli-mədəni muxtariyyatı Novruz bayramı münasibətilə Azərbaycan xalqını, eləcə də baharın gəlişini bayram edən bütün insanları təbrik edir və martın 22-də Tatarıstanın paytaxtı Kazan şəhərində Kamal teatrının qarşısındakı meydanda saat 10-dan 16-dək keçiriləcək Beynəlxalq NOVRUZ bayramına dəvət edir.
Novruzun qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

ПечатьE-mail