Vkontakte     Facebook     Twitter

Azərbaycan filmləri Pera muzeyində

Azərbaycan filmləri Pera muzeyində
13 yanvar 2014

Azərbaycan filmləri Pera muzeyində 13012014001
Pera Muzeyi film tədbirləri çərçivəsində 2014-cü ildə iki fərqli layihə təqdim edəcək.
Az-kaz.com-un Türkiyənin «Zaman» qəzetinə istinadən verdiyi xəbərə görə, real həyat hadisələrinin lentə alındığı 6 filmin (belgeselin ) nümayiş etdiriləcəyi «Gerçekleri Konuşalım: Belgeseller» proqramının açılışı şənbə günü, yanvar ayının 11-də, saat 14:00-da «Yaşadığım Ev» ( The House I live in) filminin nümayişi ilə baş tutacaq.
Yanvarın 22-dək göstəriləcək digər filmlər isə Qız Maneken (Girl Model), Qaçqınlar qəsəbəsi (Town of Runners), Qulaq Ver (Sound it Out), Tabloid, Gerçək Həyatda (In Real Life) olacaq.
«Bu Kino Çox Gözəl: Azərbaycan Filmləri» proqramı çərçivəsində Azərbaycan kinosunun xüsusiyyətlərini əks etdirən 8 filmlik layihə təqdim ediləcək. Bu filmlər Arşın mal alan, Buta, Qala, İlahi Varlıq, Yarasa, 40-cı qapı, Çövkan, Çölçüdür.
Sözügedən filmlərin nümayiş vaxtı və saatı haqqında ətraflı məlumatı www.peramuzesi.org.tr saytından əldə etmək olar.

ПечатьE-mail