Vkontakte     Facebook     Twitter

Tanınmış rəssam Fərid Rəsulov beynəlxalq mükafata layiq görüldü

Tanınmış rəssam Fərid Rəsulov
beynəlxalq mükafata layiq görüldü
31 may 2016

Taninmish ressam Ferid Resulov beynelxalg mukafata layig goruldu
Azərbaycanlı rəssam Fərid Rəsulov müasir incəsənət sahəsində «Ən yaxşı heykəl və instalyasiya» nominasiyasında «Art Laguna Prize 2016» beynəlxalq mükafatına layiq görülüb.
Az-kaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın «MoCA» (Modern Contemporary Art) mədəniyyət assosiasiyası tərəfindən təsis olunmuş mükafatın təqdim edilməsi mərasimi İtaliya Respublikasının Prezidenti, Xarici İşlər Nazirliyi və Venesiya Ka Foskari Universitetinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, mükafat rəssamlara öz istedadlarını göstərmək, beynəlxalq səviyyədə tanınmaq və 7 min avro qazanmaq imkanı yaradır.

ПечатьE-mail